Azərbaycan yığması 16 il əvvələ qayıtdı - YENİLƏNİB
20 oktyabr 2010 14:32 (UTC +04:00)

Azərbaycan yığması 16 il əvvələ qayıtdı - YENİLƏNİB

Lent.az-ın məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 11 pillə irəliləyib.


Millimiz 361 xalla 91-ci yerə yüksəlib. Bu, yığmamızın FİFA-nın reytinq cədvəlində 1994-cü ildən indiyədək qeydə alınan ən yüksək göstəricisidir. Belə irəliləyişə komandamızın oktyabrın 12-də Türkiyə üzərində 1:0 hesablı qələbəsi səbəb olub.


2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycanın rəqiblərinə gəldikdə, Almaniya 1, Türkiyə 8 pillə geriləyib. Hazırda Bundestim 1481 xalla 4-cü, “ay-ulduzlular” 780 xalla 29-cu pillədə qərarlaşıb. Əvəzində Avstriya 12 pillə irəliləyib və 574 xalla 49-cu yeri “zəbt edib”. Əvvəlki mövqeyini saylayan Belçika 499 xalla 62-ci pillədə qalıb. Qazaxıstan isə 11 pillə geriləyib və 167 xalla 137-ci mövqeyə enib.


Postsovet məkanı ölkələrindən Rusiya 15 pillə irəliləyib və 1061 xalla 10-cu pilləyə yüksəlib. “İlk 10-luq”da İspaniya (1881 xal), Hollandiya (1683), Braziliya (1493), Almaniya (1481), Argentina (1320), İngiltərə (1205), Uruqvay (1167), Portuqaliya (1123) və Xorvatiya (1086) da yer alıb.
# 504

Oxşar yazılar