Azad Rəhimov Meksikaya gedib
20 oktyabr 2010 13:15 (UTC +04:00)

Azad Rəhimov Meksikaya gedib

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş Assambleyada Azərbaycan da təmsil olunur.

Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə təmsil edir. Toplantıda milli olimpiya komitələri və hökumətlər arasında əməkdaşlıq, dopinqə qarşı mübarizə, peşəkar idmançıların təlimi, ətraf mühitin qorunmasında Olimpiya Hərəkatının rolu, qadın, idman və sosial İnkişaf, Olimpiya həmrəyliyi və bir sıra mövzuların müzakirəsi nəzərdə tutulub.

Dünyanın bütün ölkələrinin idmana məsul nazirlərinin iştirak edəcəyi assambleyada Rəhimovun Meksikanın, o cümlədən, digər ölkələrin mötəbər şəxsləri ilə görüşləri planlaşdırılır. Tədbir oktyabrın 24-dək davam edəcək.
# 821

Oxşar yazılar