Azərbaycan kikboksçusu Böyük Britaniyanı fəth etdi – FOTO
20 oktyabr 2010 11:44 (UTC +04:00)

Azərbaycan kikboksçusu Böyük Britaniyanı fəth etdi – FOTO

Lent.az-ın məlumatına görə, bir çox titullu idmançının qatıldığı kikboksinq yarışında həmvətənimiz, yeddiqat Azərbaycan, WAKO-PRO versiyası üzrə Avropa və üçqat dünya çempionu Hafiz Baxşəliyev də mübarizə aparıb.

Baxşəliyev zala Böyük Britaniyanın müxtəlif şəhərlərində yaşayan, həmçinin universitetlərində təhsil alan çoxsaylı azərbaycanlının alqış sədaları altında, Azərbaycan bayraqlarının müşayiəti ilə daxil olub. Ağır çəki dərəcəsində çıxış edən kikboksçumuz güclü rəqibinə qarşı döyüşdə yüksək idman hazırlığı, qələbə əzmi nümayiş etdirərək, onu bir neçə dəfə nokdauna salıb. Bununla da rinqi qalib kimi tərk edən Baxşəliyev kəmərə sahib çıxıb. Onun qələbəsini zala toplaşan bütün iştirakçılar alqışlarla qarşılayıblar.

Gələcək planları barədə məlumat verən həmvətənimiz bildirib ki, 2012-ci il Yay Olimpiya Oyunlarında çıxış etmək istəyir. O, kikboksinqin olimpiya növü olmadığını nəzərə alaraq, olimpiadada boksçu kimi iştirak etmək üçün bütün qüvvəsini səfərbər etdiyini bildirib. Oktyabrın 29-da İngiltərədə keçiriləcək boks turnirində iştirak etməyi planlaşdıran idmançımız məşqlərini davam etdirir.
# 1184

Oxşar yazılar