FİFA Azərbaycandakı stadionlarda yoxlamalara başladı
20 oktyabr 2010 11:23 (UTC +04:00)

FİFA Azərbaycandakı stadionlarda yoxlamalara başladı

Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfərin məqsədi 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət komandaların dünya çempionatına hazırlıq işləri ilə tanış olmaq, stadionlar, otellər və ümumilikdə infrastrukturla bağlı məlumat toplamaqdır.

FİFA nümayəndələri çempionatın yerli Təşkilat Komitəsinin sədri, AFFA-nın baş katibi Elxan Məmmədovla görüşərək indiyə qədər görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparıblar. Bakıda hazırda fəaliyyət göstərən, eləcə də inşası davam edən stadionlarla, həmçinin otellərlə tanış olan beynəlxalq futbol qurumunun üzvləri eyni məqsədlə bu gün Lənkərana yola düşüblər.
# 571

Oxşar yazılar