Unibank Premyer Liqası: “Qəbələ” “Neftçi” və “Xəzər Lənkəran”dan öndə
19 oktyabr 2010 18:49 (UTC +04:00)

Unibank Premyer Liqası: “Qəbələ” “Neftçi” və “Xəzər Lənkəran”dan öndə

Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşıdakı tura oktyabrın 23-də Qəbələdə start veriləcək.

Həmin gün eyniadlı klub 3-cü pillədə olan AZAL-ı qəbul edəcək. İlk 2 pillədə qərarlaşmış “Neftçi” və “Xəzər Lənkəran” isə rəqiblərini bu oyun başa çatdıqdan sonra sınağa çəkəcəklər. “Neftçi” Tofiq Bəhramov adına Respublika stadionunda “Gəncə”ni, “Xəzər Lənkəran” isə Lənkəran şəhər mərkəzi stadionunda “Turan”ı qəbul edəcək.

Ertəsi gün ən prinsipial görüş “İnter”lə “Bakı” arasında baş tutacaq. “Şəfa” stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da başlanacaq.

23 oktyabr (şənbə)

17:00. "Neftçi" (Bakı) - "Gəncə"
Tofiq Bəhramov adına Respublika stadionu.

15:00. "Qəbələ" – AZAL (Bakı)
Qəbələ şəhər stadionu.

17:00. "Xəzər Lənkəran" - "Turan" (Tovuz)
Lənkəran şəhər mərkəzi stadionu.

24 oktyabr (bazar)
15:00. "Muğan" (Salyan) - "Qarabağ" (Ağdam)
Salyan şəhər stadionu.

15:00. MOİK (Bakı) - "Simurq" (Zaqatala)
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.

18:00. "İnter" (Bakı) - "Bakı"
"Şəfa" stadionu.
# 977

Oxşar yazılar