Azərbaycan yığmasının rəqibinin oynayacağı stadionda kütləvi dava – FOTO
19 oktyabr 2010 18:13 (UTC +04:00)

Azərbaycan yığmasının rəqibinin oynayacağı stadionda kütləvi dava – FOTO

Lent.az-ın məlumatına görə, çaxnaşma Rusiya çempionatının ikinci divizionunda çıxış edən Voronej “Fakel”i və Lipetsk “Metallurq”unu üz-üzə gətirən oyunda baş verib.

84-cü dəqiqədə “Metallurq”un oyunçusu Mixal Yudin “Fakel”in futbolçusu Vladimir Yeremeyevin ayağını tapdalayıb. Onlar arasında baş verən mübahisədə hər iki komandanın oyunçuları da qoşulublar. Kütləvi toqquşma yatırıldıqdan sonra baş hakim “Metallurq”un 2, “Fakel”in 1 futbolçusuna qırmızı vərəqə göstərib. Voronej komandasının daha bir oyunçusu isə sarı vərəqə alıb.

Qeyd edək ki, görüş “Fakel”in 2:1 hesablı qələbəsi ilə nəticələnib.
# 588

Oxşar yazılar