“Qarabağ” – “Bakı” matçını futzal hakimi idarə edəcək
19 oktyabr 2010 17:47 (UTC +04:00)

“Qarabağ” – “Bakı” matçını futzal hakimi idarə edəcək

Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşmanı futzal üzrə FİFA referisi Elçin Məmmədov idarə edəcək.

Ona Mehman Mahmudov və Aleksandr Musatkin yan xətt hakimləri, Əliyar Ağayev isə ehtiyat hakim qismində yardımçı olacaq. Saat 16:00-da başlanacaq qarşılaşmaya Namiq Məstanov AFFA nümayəndəsi, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov isə hakim-inspektor qismində göndəriləcək. Oyun saat 16:00-da başlanacaq.

Qeyd edək ki, indiyədək Unibank Premyer Liqasında 8 oyundan 14 xal toplayan “Qarabağ” 5-ci, 12 xala malik “Bakı” isə 8-ci pillədə qərarlaşıb.
# 529

Oxşar yazılar