Məşhur baş məşqçiyə samovar bağışladılar
19 oktyabr 2010 17:13 (UTC +04:00)

Məşhur baş məşqçiyə samovar bağışladılar

Lent.az-ın məlumatına görə, bu hədiyyəni Ançelottiyə “Çelsi”nin oktyabrın 19-da Çempionlar Liqasında “Spartak”la keçirəcəyi oyun öncəsi “Sovetskiy sport” qəzetinin əməkdaşları veriblər.

Müxbirlər deyiblər ki, oyun günü Moskvada soyuq olacaq. “Spartak”ın çıxışı isə “Çelsi” üçün “soyuq duş” kimi qəbul edilə bilər. Onların fikrincə, samovar italiyalı baş məşqçiyə qızınmaqda yardımçı olacaq.

Qeyd edək ki, F qrupunda 2 turdan sonra “Spartak” və “Çelsi” 6 xalla liderdirlər.
# 506

Oxşar yazılar