Çempionlar Liqası: Ən prinsipial rəqiblər üz-üzə
19 oktyabr 2010 19:00 (UTC +04:00)

Çempionlar Liqası: Ən prinsipial rəqiblər üz-üzə

Lent.az-ın məlumatına görə, ilk oyun gününün mərkəzi qarşılaşması İspaniyanın “Real” və İtaliyanın “Milan” klubları arasında oynanılacaq.

Madriddəki “Santyaqo Bernabeu” stadionunda təşkil olunacaq qarşılaşmanı portuqaliyalı baş hakim Pedru Proensa idarə edəcək. Hər iki komanda Avropa kuboklarında ən prinsipial rəqiblərdən sayılır. “Real” və “Milan” qitəmiqyaslı turnirlərdə qazandıqları qələbə sayında rekordçudurlar. “Real” 9 dəfə Çempionlar Liqasının (Çempionlar Kuboku ilə birgə), 2 dəfə UEFA Kubokunun (hazırkı Avropa Liqası), 1 dəfə UEFA Superkubokunun, “Milan” isə 7 dəfə Çempionlar Liqasının (Çempionlar Kuboku ilə birgə), 2 dəfə UEFA Kubokunun, 5 dəfə UEFA Superkubokunun qalibi olub.

Digər tərəfdən, “kral klubu”nun indiki baş məşqçisi Joze Mourinyo hələ son vaxtlaradək “Milan”ın İtaliya çempionatındakı əsas rəqiblərindən olan “İnter”ə rəhbərlik edib. Bu səbəbdən, “rossonyerlər” Mourinyoya yaxşı tanışdırlar.

Çempionlar Liqasına 2 qələbə ilə başlayan “Real” hazırda G qrupunun lideridir. “Milan” isə 4 xalla 2-ci pillədə qərarlaşıb. Növbəti qələbə madridlilərin 1/8 finala vəsiqəsini praktiki təmin edəcək.

19 oktyabr

E qrupu

23:45. “Roma” (İtaliya) – “Bazel” (İsveçrə)
Baş hakim:
Aleksey Nikolayev

23:45. “Bavariya” (Almaniya) – ÇFR (Rumıniya)
Baş hakim:
Martin Atkinson (İngiltərə)

F qrupu

21:30. “Spartak” (Moskva, Rusiya) – “Çelsi” (İngiltərə)
Baş hakim:
Karlos Velasko Karbalyo (İspaniya)

23:45. “Marsel” (Fransa) – “Jilina” (Slovakiya)
Baş hakim:
İştvan Vad (Macarıstan)

G qrupu

23:45. “Real” (İspaniya) – “Milan” (İtaliya)
Baş hakim:
Pedru Proensa (Portuqaliya)

23:45. “Ayaks” (Hollandiya) – “Oser” (Fransa)
Baş hakim:
Oleqariu Benkurensa (Portuqaliya)

H qrupu

23:45. “Arsenal” (İngiltərə) – “Şaxtyor” (Ukrayna)
Baş hakim:
Sveyn Oddvar Moen (Norveç)

“Braqa” (Portuqaliya) – “Partizan” (Serbiya)
Baş hakim:
Loran Düamel (Fransa).

Bütün oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
# 1907

Oxşar yazılar