Dünya çempionu yenidən Azərbaycan millisində
19 oktyabr 2010 14:50 (UTC +04:00)

Dünya çempionu yenidən Azərbaycan millisində

Lent.az-ın məlumatına görə, 2001-ci ilin dünya çempionu Niyaməddin Paşayev baş məşqçi Ələkbər İmaməliyevə köməkçi-məşqçi təyin olunub.

O, 2008-ci ilin Avropa çempionu Elnur Amanovla birgə İmaməliyevə yardım edəcək. Əvəzində indiyədək əsas komandada məşqçi kimi çalışmış Səbuhi Zülfüqarov bundan sonra yeniyetmələrdən ibarət yığmamızda eyni vəzifəni tutacaq. Zülfüqarov baş məşqçi Məmməd Abdullayevə kömək edəcək.

Elşən MƏMMƏDOV
# 1284

Oxşar yazılar