Komandalararası Avropa Çempionatı üçün heyət açıqlandı
19 oktyabr 2010 12:34 (UTC +04:00)

Komandalararası Avropa Çempionatı üçün heyət açıqlandı

Lent.az-ın məlumatına görə, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək nüfuzlu yarışda ölkəmizi hər çəkidə bir əsas, bir ehtiyat taekvondoçu təmsil edəcək.

Kişilərdən ibarət yığmamızın baş məşqçisi Ələkbər İmaməliyev əsas heyətdə Samir Aydınov (58 kq), Fariz Əliyev (68 kq), Rəşad Əhmədov (80 kq) və Təvəkkül Bayramova (80 kq) şans verəcək. Onların əvəzediciləri qismində isə Ziya Qasımov (58 kq), Elvin Məmmədov (68 kq), Ramin Əzizov (80 kq) və Bayraməli Vəliyev (+80 kq) çıxış edəcəklər.

Qadın millimizin koreyalı baş məşqçisi Park Sun Mi isə əsas heyətdə Xəyalə Quliyeva (49 kq), Səbinə Mikayılova (57 kq), Arzu Bağırova (67 kq), Fəridə Əzizovanı (+67 kq), əvəzedicilər qismində isə Türkanə Tahirli (49 kq), Aygül Abdullayeva (57 kq), Günay Ağakişiyeva (67 kq) və Yelena Abbasovanı (+67 kq) sınayacaq.

Qeyd edək ki, həm kişi, həm də qadınlardan ibarət millimiz iki gün davam edəcək Komandalararası Avropa Çempionatına Şağan Olimpiya Kompleksində hazırlaşır.

Elşən MƏMMƏDOV
# 512

Oxşar yazılar