Avropa Taekvondo İttifaqının prezidenti ilə baş katibi Bakıya gəlir
19 oktyabr 2010 11:32 (UTC +04:00)

Avropa Taekvondo İttifaqının prezidenti ilə baş katibi Bakıya gəlir

Bu haqda Lent.az-a Azərbaycan Taekvondo Federasiyasının (ATF) meneceri Nağı Səfərov məlumat verib.

Onun sözlərinə görə, yunanıstanlı qonağın səfəri oktyabrın 28-ə planlaşdırılıb. Ertəsi gün Praqalos ETU-nin paytaxtımızda təşkil olunacaq Baş Assambleyada iştirak edəcək. Daha sonra o, 30-31 oktyabrda “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək Komandalararası Avropa Çempionatını izləyəcək.

Qeyd edək ki, ETU-nun baş katibi Gerrit Eyssink Bakıya daha tez - oktyabrın 26-da təşrif buyuracaq. Hollandiyalı qonaq 27-28 oktyabrda eyni məkanda baş tutacaq Azərbaycanın Açıq Çempionatını izləyənlər arasında olacaq.

Elşən MƏMMƏDOV
# 586

Oxşar yazılar