“Xəzər Lənkəran”da istefa
19 oktyabr 2010 11:13 (UTC +04:00)

“Xəzər Lənkəran”da istefa

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ukraynalı mütəxəssisin öz istəyi ilə istefaya getməsinə dair ərizəsinə müsbət cavab verilib.

Gənclər İnkişaf Proqramı rəhbərinin səlahiyyətləri müvəqqəti olaraq əvəzedici heyətin məşqçisi Samir Ələkbərova həvalə olunub.

Qeyd edək ki, Yuri Panfilov “Xəzər Lənkəran”da 2009-cu ilin iyulundan işləyirdi. O, klub daxilində uşaq futbolunun inkişafına cavabdeh idi və yeniyetmə yaş qruplarının məşqçilərinə rəhbərlik edirdi.
# 603

Oxşar yazılar