Azərbaycanın 3 boksçusuna böyük etimad
19 oktyabr 2010 10:46 (UTC +04:00)

Azərbaycanın 3 boksçusuna böyük etimad

Lent.az-ın məlumatına görə, iki gün sürəcək yarışda Azərbaycanı 3 boksçu təmsil edəcək.

Elvin Məmişzadə (49 kq), Emil Məhərrəmov (69 kq) və Fərid Paşayev (+91 kq) Avropa Boks Konfederasiyasının reytinq cədvəlində yüksək yerlər tutduqları üçün nüfuzlu yarışa dəvət alıblar. Ümumilikdə, turnirə hər birində 4 nəfər olmaqla, 10 çəki dərəcəsi üzrə 40 boksçu qatılacaq. Onlar yarımfinal mərhələsindən mübarizəyə başlayacaqlar. Qaliblər finalda, məğlublar isə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcəklər.

Qeyd edək ki, Avropa Kubokunda İngiltərə, Belarus, Ermənistan, Latviya, Makedoniya, Moldova, Almaniya, Rusiya, Rumıniya, Fransa və Ukrayna boksçuları da yarışacaqlar.
# 589

Oxşar yazılar