Mayk Tayson məhkəməyə verildi
19 oktyabr 2010 10:45 (UTC +04:00)

Mayk Tayson məhkəməyə verildi

Boks üzrə sabiq dünya çempionu Mayk Tayson bir fotoqraf tərəfindən məhkəməyə verilib. Lent.az-ın “TMZ.com”a istinadən verdiyi məlumata görə, paparatsi Taysondan 25 milyon dollar tələb edir.

İddia ərizəsinə əsasən, “Dəmir Mayk” fotoqrafı 2009-cu ilin noyabrında ABŞ-ın Los-Anceles aeroportunda vurub. Həmin vaxt Tayson həbs olunmuşdu.
# 1429

Oxşar yazılar