Rabitəçilər idmançı kimi bacarıqlarını göstərəcəklər
18 oktyabr 2010 14:16 (UTC +04:00)

Rabitəçilər idmançı kimi bacarıqlarını göstərəcəklər

Rabitə sistemində çalışan işçilərin və onların ailə üzvlərinin sağlamlığının möhkəmləndirilməsi, eləcə də bədən tərbiyəsi və idman hərəkatının respublikada daha geniş vüsət almasının təmin edilməsi məqsədi ilə oktyabrın 23-də Bakı idman sarayında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi və “Spartak” İdman Cəmiyyətinin təşkilatçılığı ilə rabitə və informasiya texnologiyaları işçilərinin “Sağlamlıq-2010” respublika Spartakiadasının təntənəli açılış mərasimi keçiriləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, tədbirin nəticələrinə əsasən rabitə işçilərindən ibarət yığma komanda formalaşdırılacaq.


Həmin komandanın nazirliklərarası spartakiadada təmsil olunacağı nəzərdə tutulur. İdmanın atletika (kross), voleybol, mini futbol, kəndirdartma, nərd, şahmat, dama, ağırlıqqaldırma növü üzrə keçiriləcək builki spartakiadada nazirliyin birlik, idarə və müəssisələrinin, o cümlədən özəl rabitə sektorunun nümayəndələrinin iştirakı gözlənilir. Spartakiadada bölgələrdən olan idmançılarla yanaşı, rabitəçi veteranların da iştirakı nəzərdə tutulub.


Spartakiadanın ümumkomanda birinciliyində 1-3-cü yerləri tutan komandalar xatirə kubokları, ayrı-ayrı idman növlərində 1-3-cü yerləri tutan komandaların üzvləri və şəxsi yarışlarda 1-ci yeri tutan idmançılar qiymətli hədiyyələrlə təltif olunacaq.
# 495

Oxşar yazılar