Unibank Premyer Liqası: “İnter” və “Xəzər Lənkəran” şoku
18 oktyabr 2010 11:04 (UTC +04:00)

Unibank Premyer Liqası: “İnter” və “Xəzər Lənkəran” şoku

Lent.az-ın məlumatına görə, lider dəyişikliyi baş verməsə də, hesabat turunda bir sıra sensasiyalı nəticələr qeydə alınıb.

“Xəzər Lənkəran” mövsümdə ilk məğlubiyyətini “Gəncə”dən alıb. Gəncə şəhər stadionunda baş tutan qarşılaşmada Lənkəran klubu böyük hesabla uduzub – 1:4. “Neftçi” Tovuzda “Turan”ı yenə bilməsə də, məhz “Xəzər Lənkəran”ın 3 xal itirməsi üzündən zirvədəki yerini qoruyub. Flaqmanın hücumçusu Bahodir Nasimov daha bir top vuraraq, hesabındakı qolların sayını 10-a çatdırıb. Ən böyük uğursuzluğa isə ikiqat Azərbaycan çempionu “İnter” məruz qalıb. “Şəfa” stadionunda baş tutan görüşdə “bankirlər” AZAL-dan 5 qol “yeyiblər”.

“Bakı” və “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etdikləri autsayderlər – MOİK və “Simurq”u çətinliklə məğlub ediblər. Son ölkə çempionatının gümüş və bürünc mükafatçıları hətta matçın gedişində hesabda geri düşüblər. Lakin onlar dönüş yaratmağı bacarıblar. Nəticədə “Bakı” 2:1, “Qarabağ” isə 3:2 hesablı qələbə qazanıb. “Qəbələ” isə inamlı çıxışını davam etdirərək, “Muğan”ı məyus etməyi bacarıb. Bu, baş məşqçi Toni Adamsın komandasının ardıcıl 3-cü qələbəsi olub.

16 oktyabr (şənbə)

“Bakı” – MOİK (Bakı) – 2:1

Junior Osvaldo, 19. Vaqif Cavadov, 90 – Dare Nibombe, 5 – öz qapısına

“Qəbələ” – “Muğan” (Salyan) – 2:0
Branimir Subaşiç, 5. Deon Barton, 34

AZAL (Bakı) – “İnter” (Bakı) – 5:0
Viktor İbokoyi, 49; 79. Qvidas Yuşka, 69. Nuqzar Kvirtiya, 76. Vüsal Qarayev, 82

17 oktyabr (bazar)

“Turan” (Tovuz) – “Neftçi” (Bakı) – 2:2

Viktor Qonta, 43. Georgi Çediya, 87 – Flavinyo, 32. Bahodir Nasimov, 66

“Gəncə” – “Xəzər Lənkəran” – 4:1
Junivan Suares, 6. Samir Zərgərov, 38. Sabir Allahquliyev, 40; 90+2 – Katalin Doman, 4

“Qarabağ” (Ağdam) – “Simurq” (Zaqatala) – 3:2
Georgi Adamiya, 52. Rauf Əliyev, 77. Rəşad Sadiqov, 88 – Baçana Tsxadadze, 46. Tofiq Mikayılov, 73

S

Komandalar

O

Q

H

M

T

X

1.

Neftçi

9

6

2

1

17-4

20

2.

Xəzər Lənkəran

9

5

3

1

10-5

18

3.

AZAL

9

5

2

2

14-6

17

4.

İnter

9

5

1

3

7-8

16

5.

Qarabağ

8

4

2

2

10-6

14

6.

Gəncə

9

3

5

1

15-9

14

7.

Qəbələ

9

4

1

4

8-7

13

8.

Bakı

8

3

3

2

12-10

12

9.

Muğan

9

2

3

4

6-9

9

10.

MOİK

9

1

1

7

4-20

4

11.

Turan

9

0

4

5

7-15

4

12.

Simurq

9

0

3

6

7-18

3



Bombardirlər: Bahodir Nasimov (“Neftçi”) – 10, Qvidas Yuşka (AZAL) - 6 qol.
# 541

Oxşar yazılar