Rəşad Sadıqovun “Eskişehirspor”da debütü uğurlu alındı
16 oktyabr 2010 20:07 (UTC +04:00)

Rəşad Sadıqovun “Eskişehirspor”da debütü uğurlu alındı

Lent.az-ın məlumatına görə, Türkiyə çempionatının 8-ci turuna təsadüf edən görüşdə “Eskişehirspor” öz meydançasında “İstanbul BB” komandasını qəbul edib.

Sadıqovun 90 dəqiqə meydançada olduğu matçda meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər. Yeganə tonu 33-cü dəqiqədə Batuhan Karadeniz vurub. 36-cı dəqiqədə Koray Dənizin qırmızı vərəqə alması ilə azlıqda qalan “Eskişehirspor” sonadək qələbəni qoruya bilib. Burada həmyerlimizin müdafiədə etibarlı çıxışının rolu da az olmayıb.

Qeyd edək ki, bu, “Eskişehirspor”un Superliqada ilk qələbəsi olub. Bülənt Uyğunun da baş məşqçi kimi debüt etdiyi oyundan sonra Rəşad Sadıqovun komandası xallarını 6-ya çatdırıb. Hələlik “Eskişehirspor” turnir cədvəlində 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.
# 697

Oxşar yazılar