Kliçko döyüşə çıxır
16 oktyabr 2010 14:49 (UTC +04:00)

Kliçko döyüşə çıxır

Bu gün WBS versiyası üzrə ağır çəkidə dünya çempionu, ukraynalı Vitali Kliçko öz titulunu qorumaq üçün amerikalı Şennon Briqqslə döyüşə çıxacaq. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, döyüş Almanyianın Hamburq şəhərində “O2-Arena” stadionunda keçiriləcək.

Bütün biletlər artıq satılıb. Bukmekerlər Vitali Kliçkonun qələbə çalacağına inanırlar, ancaq amerikalı ilə döyüş asan keçməyəcək. Şennon Briqqs öz döyüş üsulu ilə fərqlənir, birinci raundda bir çox rəqiblərini nokauta salıb.

Bu görüşdə Vitali Kliçkonun qeyri-adi qonağı da olacaq. Keçən ay boksçu Hamburq sahilində evi olmayan Maks Brayn adlı bir almanla tanış olub. Vitali Kliçko onunla xeyli söhbət edib, onu bugünkü döyüşə tamaşaçı kimi dəvət edib.
# 1285

Oxşar yazılar