Arda Turan cəzalandırılacaq
16 oktyabr 2010 12:16 (UTC +04:00)

Arda Turan cəzalandırılacaq

“Qalatasaray” klubunun prezidenti Adnan Polat ulduz oyunçu Arda Turana klubdan icazəsiz açıqlamalar verdiyi üçün cəzalandırılacağını bildirib. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Adnan Polat bir özəl televiziyadakı proqramda verdiyi açıqlamalara görə kapitanın cəzalandırılacağını, amma hər məsələdə Ardanın arxasında olduqlarını söyləyib.

Klub prezidenti Ardanın açıqlamalarında haqlı olduğunu qeyd etməyi də unutmayıb: “Arda çox səbr etdi. Onun çox üstünə gedirlər, bunun fərqindəyəm. Təəssüf ki, bu sözlərə layiq olanlar var. Arda bir az ağır danışmış olsa da, sonuna qədər haqlıdır. O bizim kapitanımızdır, amma kapitanımız olduğu üçün cəza təlimatından kənara çıxa bilmərik. Ardaya cəza veriləcək. Amma bunun necə cəza olacağını indi deyə bilmərəm”.
# 539

Oxşar yazılar