AFFA iki futbolçunun cəzasını yüngülləşdirdi
15 oktyabr 2010 23:28 (UTC +04:00)

AFFA iki futbolçunun cəzasını yüngülləşdirdi

Lent.az-ın məlumatına görə, bu haqda AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin oktyabrın 15-də keçirilən iclasında qərar qəbul olunub.

AFFA İntizam Komitəsinin oktyabrın 5-də hər iki oyunçu barədə çıxardığı qərar qüvvədə saxlanılsa da, onlar 4 deyil, 2 oyunluq diskvalifikasiyaya məruz qalıblar. Digər 2 oyunluq cəzadan isə Jaba və Ağayev 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunublar. Sınaq müddəti ərzində onlar eyni xarakterli hərəkətlərə yol versələr, təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə ediləcək.

İclasda, həmçinin Unibank Premyer Liqasının VIII turunun “İnter” – “Muğan” oyunu ilə bağlı məsələlərə İntizam Komitəsinin yenidən baxması qərara alınıb. Həmin matçda “İnter”in futbolçuları intizamsızlıq hallarına yol versələr də, bunlar baş hakim Elnur Muradovun diqqətindən yayınıb.

Qeyd edək ki, Kamran Ağayevlə Jaba “Xəzər Lənkəran” və “Bakı” komandaları arasında oktyabrın 2-də keçirilmiş qarşılaşmada rəqiblərini vurduqları üçün diskvalifikasiyaya məruz qalıblar. Baş hakim Jaba ilə bağlı epizodu görsə də, Ağayevin intizamsızlığına göz yumub. Sonradan İntizam Komitəsi hər iki oyunçunu 4 oyunluq cəzaya məhkum edib.
# 547

Oxşar yazılar