“Azərbaycanda 10/10/10” - FOTO
11 oktyabr 2010 10:47 (UTC +04:00)

“Azərbaycanda 10/10/10” - FOTO

Hazırda dünyanın əksər ölkələrində qlobal istiləşmə və iqlim problemlərini dünya ictimaiyyətinin diqqətini yönəltmək və bu problemlərdən birgə çıxış yolu tapmaq üçün ümumdünya "10/10/10 Global Work Party" adlı kampaniya təşkil olunur.

Gənclər üçün Təhsil Mərkəzindən Lent.az-a verilən məlumata görə, “350.org” ekoloji hərəkatı tərəfindən koordinasiya edilən və bir çox beynəlxalq təşkilat tərəfindən dəstəklənən bu kampaniya çərçivəsində 185 ölkədə 7000-ə yaxın müxtəlif aksiya keçirilir.

Azərbaycanda da qlobal kampaniyaya dəstək vermək məqsədilə müxtəlif təşkilatlar tərəfindən 5 aksiya qeydiyyatdan keçirilib. Belə aksiyalardan biri də “Yaşıl həyat” adı altında Gənclər üçün Təhsil Mərkəzi tərəfindən keçirilib. Məqsəd qlobal kampaniyaya dəstək vermək, qlobal istiləşmə və iqlim problemlərini yerli ictimaiyyətin diqqətinə çatdırmaq, eləcə də ölkəmizdə “Ekologiya ili” ilə əlaqədar gənclərin fəallaşmasını təşviq etməkdir.

Aksiyaya qoşulan gənclər əvvəlcə zibillənmiş parklarda təmizlik işləri aparıb, bir neçə metro stansiyasından çıxan insanlara maarifləndirici vərəqlər paylayıb, onlara qlobal kampaniya haqqında məlumat verib və sonda əyləncəli “10/10/10” proqramı təşkil ediblər.

Qeyd edək ki, hər il olduğu kimi Mərkəz növbəti illər üçün də müxtəlif ekoloji maarifçilik aksiyalarının keçirilməsini planlaşdırır.
# 523

Oxşar yazılar