Tələbələr bu gün yarışacaq
11 oktyabr 2010 10:31 (UTC +04:00)

Tələbələr bu gün yarışacaq

Bu gün ali təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar arasında peyntbol üzrə yarış keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, yarışlar gənclərin hərbi-vətənpərvərlik tərbiyəsini təmin etmək, onların asudə vaxtını səmərəli təşkil etmək, gənclər arasında ünsiyyət yaratmaq və onları zərərli vərdişlərdən çəkindirmək məqsədi daşıyır. Tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşəbbüsü ilə keçirilir.

Yarışda Bakı şəhərində fəaliyyət göstərən 24 ali təhsil müəssisinin komandalarından 120 nəfərin iştirakı nəzərdə tutulub. Tələbələr Respublika stend atıcılığı üzrə idman Kompleksində yarışacaqlar.

Elxan SALAHOV
# 598

Oxşar yazılar