Ən sərt qışla bağlı proqnozlara münasibət açıqlanıb
08 oktyabr 2010 17:57 (UTC +04:00)

Ən sərt qışla bağlı proqnozlara münasibət açıqlanıb

Bu səbəbdən bu ilin qışı son min ilin ən sərt qışı olacaq. Polşa metroloqlarının bu proqnozu sensasiya xarakterlidir. Bu məlumatlar etibarlı sayıla bilməz. Çünki Polşada uzunmüddətli hidrometeoroloji proqnoz modeli yoxdur”. Bu sözləri APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Sahib Xəlilov deyib. Onun sözlərinə görə, belə uzunmüddətli proqnoz hidrodinamik modelə əsaslanmalıdır. Belə proqnozlar isə yalnız Böyük Britaniya, Fransa, Almaniya, ABŞ, Yaponiya və Rusiyada tərtib edilir.

S.Xəlilov deyib ki, etibarlı mənbə olan Rusiya Hidrometeorologiya Mərkəzi www.meteoinfo.ru saytında polşalı alimlərin söylədiyinin əksinə olaraq, bu ilin qızdırılma mövsümündə - oktyabr-aprel ayları ərzində Rusiya, eləcə də ölkənin sərhədlərinə yaxın ərazilərdə havanın ötən ilə nisbətən daha mülayim keçəcəyi barədə proqnoz verib: “Bu proqnozda Azərbaycanın ərazisinin bir hissəsi də həmin sahəyə düşür. Hətta Bakı da bu əraziyə daxil edilib. Bu proqnozlara görə, ötən ilə nisbətən bu il qış yumşaq keçəcək. Amma ayrı-ayrı dövrlərdə soyuq ola bilər. Rusiya Hidrometeorologiya Mərkəzinin saytında göstərilir ki, son 15 ildə belə proqnozların özünü doğrultması 58-81 faiz təşkil edir”.

S. Xəlilov bildirib ki, uzunmüddətli proqnozlar barədə yalnız yuxarıda adları qeyd olunan ölkələrin müvafiq mərkəzlərinin məlumatları əsasında ortaq nəticə çıxarmaq olar. Bununla bağlı da noyabrın ortalarında Cənub Şərqi Avropa və Qafqaz ölkələrinin “online” rejimində iqlim forumu olacaq. Yalnız bu forumdan sonra qışda havanın necə keçəcəyi barədə ortaq məxrəcə gələrək fikir söyləmək mümkün olacaq.
# 754

Oxşar yazılar