Hidayət Orucov: “Ziyarətgahlar dini icmalar kimi fəaliyyət göstərəcək”
08 oktyabr 2010 12:55 (UTC +04:00)

Hidayət Orucov: “Ziyarətgahlar dini icmalar kimi fəaliyyət göstərəcək”

Lent.az-ın verdiyi məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov söyləyib. Hidayət Orucov ziyarətgahlardakı nəzir qutuları və bu qutulara yığılan vəsaitlərin bölüşdürülməsi məsələsinə də toxunub. Dövlət Komitəsinin sədri deyib ki, hazırda Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi bu məsələnin tənzimlənməsi variantı üzərində işləyir: “Ziyarətgahlardakı dini icmalar bu vəsaitlərin xərclənməsinə qərar verəcək və nəzarət edəcək. Bu icmaların ən azı 10 üzvü olmalıdır”.


Hidayət Orucov nəzərə çatdırıb ki, Azərbaycanda 500 ziyarətgah var, onların 50-si fəaldır: “Hazırda ziyarətgahlarda nəzir qutuları Qafqaz Müsəlmanları İdarəsinin nəzarətindədir. Ancaq Qafqaz Müsəlmanları İdarəsi ziyarətgahların hamısına yox, bir qisminə, əsasən də böyük ziyarətgahlara nəzarət edə bilir. Ümumiyyətlə, bu istiqamətdə geniş iş aparılır və yaxın vaxtlarda müfəssəl məlumat veriləcək”.

Ramiz
# 726

Oxşar yazılar