Hidayət Orucovdan sərt bəyanat
08 oktyabr 2010 12:01 (UTC +04:00)

Hidayət Orucovdan sərt bəyanat

“Azərbaycanda radikal dini cərəyanların mövcudluğuna yaxın gələcəkdə son qoyulacaq”.


Lent.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. O həmçinin bildirib ki, Azərbaycanda bu tip dini qurumların sayı təkcə 1990-cı illərlə yox, 4-5 il əvvəllə müqayisədə də dəfələrlə azalıb.


Hidayət Orucov qeyd edib ki, Azərbaycan dövləti dinlərarası, təriqətlərarası tolerantlığın təmin olunması istiqamətində iş aparır: “Azərbaycanda belə radikal dini qruplar qəbul olunmur. Bu gün belə qurumların sayı çox az qalıb. Onların mövcudluğuna yaxın gələcəkdə son qoyulacaq”.
# 630

Oxşar yazılar