Azərbaycanlı alimə Türkmənistan prezidentindən mükafat
07 oktyabr 2010 19:59 (UTC +04:00)

Azərbaycanlı alimə Türkmənistan prezidentindən mükafat

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun “Qorqudşünaslıq” şöbəsinin əməkdaşı, tərcüməçi-türkoloq, filologiya elmləri doktoru Ramiz Əsgər məşhur türkmən şairi Molla Nəfəsin “Seçilmiş əsərləri”ni Azərbaycan dilinə tərcümə etdiyinə görə Türkmənistan Prezidentinin Beynəlxalq “Altun əsr” mükafatına layiq görülüb.

Lent.az-ın AMEAnın rəsmi saytına istinadən verdiyi məlumata görə, Ramiz Əsgər indiyə qədər Faruq Sümərin “Oğuzlar”, Bahəddin Ögelin “Türk mifologiyası”, Yusif Balasğunlunun “Qutadğu bilik”, Mahmud Kaşğarinin “Divanü lüğət-it-türk” kitabını, Məxdumqulunun əsərlərini, Oraz Yağmurun, Todur Zanetin seçilmiş şeirlərini və XX əsr özbək poeziyası antologiyasını Azərbaycan dilinə tərcümə edib.
Mükafatın təqdimat mərasimi Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilib.
# 1013

Oxşar yazılar