Şimal bölgəsində xüsusi təhlükəli vəziyyət
06 oktyabr 2010 15:57 (UTC +04:00)

Şimal bölgəsində xüsusi təhlükəli vəziyyət

Qubanın bir sıra dağlıq ərazilərinə 30 mm-dən çox yağıntı düşüb. Rük, Dəhnə kəndlərinə 12 saat ərzində 30 mm-dən çox yağıntı düşməsi nəticəsində xüsusi təhlükəli hal qeydə alınıb. Quba Regional Hidrometeorologiya mərkəzinin direktoru Aliyə Ələkbərova Lent.az-a bildirib ki, şimal bölgəsində yağan güclü yağışlar nəticəsində çaylarda suyun səviyyəsi də artıb. Belə ki, Qudyalçayda suyun həcmi 7 kubmetrdən 14 kubmetrə, Vəlvələyəçayda 5 kubmetrdən 17 kubmetrə çatıb. Qusarçay, Qaraçay, Quruçay, Çağacuqçay, Xamidorçayda da suyun səviyyəsi 20 sm-dək artıb.

Vəli Turan
# 622

Oxşar yazılar