Kimya sahəsində “Nobel” mükafatı 3 alimə verildi
06 oktyabr 2010 15:21 (UTC +04:00)

Kimya sahəsində “Nobel” mükafatı 3 alimə verildi

Lent.az-ın məlumatına görə mükafat eyni zamanda üç alimə təqdim olunub. Bunlar amerikalı Riçard Hek və yapon alimlər Eyiçi Neqişi ilə Akira Suzukidir. Hər üç alim birgə hazırladığı “orqanik sintez” elmi işinə görə mükafata layiq görülüb.

İsveç Kral Akademiyası bu alimlərin işini qiymətləndirərkən onların çalışmaları nəticəsində yeni dərman növlərinin və daha sərfəli plastik materialların hazırlanmasını əsas götürüb.
# 688

Oxşar yazılar