Son min ilin ən sərt qışı gəlir
06 oktyabr 2010 11:31 (UTC +04:00)

Son min ilin ən sərt qışı gəlir

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, buna səbəb Atlantik okeanında Qolfistrim isti cərəyanın axıntısının sürətinin 50 faiz azalmasıdır.

Atlantik okeanında nəhəng çaya bənzəyən, materiklərdəki çaylardan dəfələrlə çox su kütləsini hərəkətə gətirən Qolfistrim cərəyanı Avropanın şimalında havanın mülayimləşməsini şərtləndirir. İndi cərəyanın sürətinin 2 dəfəyə qədər azalması o deməkdir ki, şimal qütbündən gələn soyuq hava mülayimləşmədən Avropaya çatacaq. Bu səbəbdən də meteoroloqlar bu qışın Avropanın son min ildə yaşadığı ən soyuq qış olacağına əmindirlər.

Yay ərzində meşə yanğınları səbəbindən insan itkisi və iqtisadi zərərlə üzləşmiş Rusiyanın sərt qış nəticəsində də ən çox ziyan çəkən ölkə olacağı proqnozlaşdırılır. Hökumət indidən qışa hazırlaşır. Küçələrdə donmanın qarşısını almaq üçün evsizlər qapalı yerlərə yönləndirilir. İndidən ictimai binalarda istilik sistemləri ciddi yoxlanılır.
# 947

Oxşar yazılar