Qubaya qar yağıb
06 oktyabr 2010 11:21 (UTC +04:00)

Qubaya qar yağıb

Quba Regional Hidrometeorologiya Mərkəzinin direktoru Aliya Ələkbərova APA-nın şimal bürosuna bildirib ki, qeyri-sabit hava şəraiti Quba rayonunun bir sıra ərazilərində özünü büruzə verib.

Əraziyə düşən yağıntıların miqdarı 30 mm olub. Çaylarda sululuq artıb. Vəlvələçayda 17 kubmetr, Qudyalçayda 14 kubmetr su səviyyəsi qeydə alınıb. A.Ələkbərova deyib ki, ötən gündən başlayaraq, aramsız yağan yağış sulu qara, sonra isə qara çevrilib. Qubanın Qırız kəndinə yağan qarın hündürlüyü 1 sm-ə çatıb. Temperatur mənfiyə enib.
Qeyd edək ki, Qırız kəndi şəhər mərkəzindən 56 km uzaqlıqda yerləşir.
# 620

Oxşar yazılar