Kolbasa standartları dəyişdi
04 oktyabr 2010 16:34 (UTC +04:00)

Kolbasa standartları dəyişdi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS 088-2003 "Bişirilmiş-hisə verilmiş kolbasalar. Ümumi texniki şərtlər", AZS 100-2003 "Bişmiş kolbasalar. Ümumi texniki şərtlər", AZS 104-2003 "Yarım hisə verilmiş kolbasalar. Ümumi texniki şərtlər" və AZS 117-2004 "Sosiskalar, sardelkalar, ət çörəkləri. Ümumi texniki şərtlər" dövlət standartlarına dəyişiklik edilib.

Komitənin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, dəyişikliyə əsasən, məhsulların istehsalında beynəlxalq təcrübəyə əsaslanan müasir texnologiyaların tətbiqi, eləcə də məhsulların saxlanma müddətlərinin artırılmasına zəmanət verən, Səhiyyə Nazirliyi tərəfindən razılaşdırılmış resepturalar üzrə istifadə olunan konservantlar və digər qida əlavələri, həmçinin qoruyucu poliamid və s. sintetik qılafların xüsusiyyətləri nəzərə alınmaqla,

- havanın nisbi rütubəti 75-78 faiz olmaqla 20 dərəcədən 60 dərəcəyədək temperaturda bişirilmiş-hisə verilmiş kolbasaların yararlılıq müddətlərinin 60 sutkayadək,

- havanın nisbi rütubəti 75 faizdən çox olmamaq şərtilə, 0 dərəcədən 60 dərəcəyədək temperaturda bişmiş kolbasaların yararlılıq müddətlərinin 60 sutkayadək,

- havanın nisbi rütubəti 75-78 faiz olmaqla 20 dərəcədən 60 dərəcəyədək temperaturda yarım hisə verilmiş kolbasaların yararlılıq müddətlərinin 60, serviz doğramasında 20, porsion doğramalarda 30 sutkayadək,

- havanın nisbi rütubəti 75 faizdən çox olmamaq şərtilə, 0 dərəcədən 60 dərəcəyədək temperaturda sosiskalar, sardelkalar, ət çörəklərinin yararlılıq müddətlərinin 30 sutkayadək artırıla bilməsi tövsiyə edilir.

Elxan SALAHOV
# 1258

Oxşar yazılar