12 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI
04 oktyabr 2010 16:32 (UTC +04:00)

12 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Bu dəfə yoxlamalar Bakı şəhərini, eləcə də Şabran və Zaqatala rayonlarını əhatə edib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı 12 mağazanın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların böyük əksəriyyəti yenə də paytaxt Bakının payına düşür. Həmin mağazaları bunlardır:

Bakının Yasamal rayonunda

- Şeyx Məhəmməd Xiyabani küçəsi, ev 8 ünvanında yerləşən “NN market”də;

- Şərifzadə küçəsi, ev 241 ünvanında yerləşən “Babək market”də;

- Yeni Yasamal Yaşayış Massivi, ev 2 ünvanında yerləşən “Aləm market”də;

- Yeni Yasamal Yaşayış Massivi, ev 6 ünvanında yerləşən “Ulduzlu market”də;

- H.Cavid prospekti, 556/57-ci məhəllədə yerləşən “Böyükfırat Lahmacun” kafesində;

Nərimanov rayonunda

- Təbriz küçəsi, 19A ünvanında yerləşən “Çiyələk market”də;
- Z.Bünyadov prospekti, ev 32 ünvanında yerləşən “Moskva ərzaqları mini market”də;

Nəsimi rayonunda

- S.Rüstəm küçəsi, 60/651 ünvanında Kamran Rəhimova məxsus mağazada;
- R.Behbudov küçəsi, 62 ünvanında yerləşən “Şahin market”də;

Binəqədi rayonunda

- Atatürk prospekti, ev 62 ünvanında yerləşən “Market-1”də;

Şabran rayonunda

- Gəndob kəndində Firudə Hacıyevaya məxsus mağazada;

Zaqatala rayonunda

- Əliabad qəsəbəsində yerləşən “Kura” mağazasında.

Monitorinq zamanı ümumi çəkisi 150 kiloqramdan çox olan saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.

Elxan SALAHOV
# 664

Oxşar yazılar