US-Open: Qadınlarda bilindi, kişilərə yağış imkan vermədi
13 sentyabr 2010 10:49 (UTC +04:00)

US-Open: Qadınlarda bilindi, kişilərə yağış imkan vermədi

Lent.az-ın məlumatına görə, finalda rusiyalı Vera Zvonaryovanı 6:2, 6:1 hesabı ilə yenən belçikalı Kim Kleysters yarışın ən güclüsü olub.

27 yaşlı Kleysters ümumilikdə 3-cü dəfə “US-Open”i birinci pillədə başa vurub. O, əvvəllər 2005 və 2009-cu illərdə də bu turniri qələbə ilə başa vurub.

Kişilərin fərdi yarışında isə ispaniyalı Rafael Nadalla serbiyalı Novak Cokoviç arasındakı final görüşü yağıntılı hava şəraiti üzündən sentyabrın 13-ə təxirə salınıb.


# 637

Oxşar yazılar