“Neftçi” – “Muğan” oyunu təxirə salındı
11 sentyabr 2010 16:16 (UTC +04:00)

“Neftçi” – “Muğan” oyunu təxirə salındı

Bu haqda lent.az-a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib. Musayev həmçinin bildirib ki, “Xəzər-Lənkəran”ın əvəzedici komandasının Lənkəranda planlaşdırılan matçı da baş tutmayacaq. Onun sözlərinə görə, Bakıda keçiriləcək “Xəzər-Lənkəran” – MOİK və “İnter” – “Qarabağ” qarşılaşmasının vaxtına dəyişiklik edilməyib.

Qeyd edək ki, oyunun təxirə salınmasını klublardan hər hansı biri deyil, oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionun rəhbərliyi xahiş edib. Ramin Musayev təxirə salınmış matçların keçirilmə vaxtının tezliklə müəyyənləşəcəyini də bildirdi.

Nizam Rza
# 600

Oxşar yazılar