Azərbaycan yığması Dünya Çempionatında ilk medalını qazandı
10 sentyabr 2010 16:45 (UTC +04:00)

Azərbaycan yığması Dünya Çempionatında ilk medalını qazandı

Lent.az-ın məlumatına görə, 90 kiloqram çəki dərəcəsində çıxış edən Elxan Məmmədov bürünc medala layiq görülüb. Qızıl medalı isə yarımfinalda onu məğlub etmiş Yunanıstan idmançısı İlias İliades qazanıb.

Mükafatlandırma mərasimində E. Məmmədova medalı Azərbaycan Cüdo Federasiyasının prezidenti, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov təqdim edib. Ona medaldan əlavə 2000 dollar pul mükafatı da təqdim olunub.

Digər cüdoçumuz, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli isə 81 kiloqram çəki dərəcəsində beşinci yerlə kifayətlənib.

Elşən
# 680

Oxşar yazılar