Karlos Keyruş qovuldu
10 sentyabr 2010 15:06 (UTC +04:00)

Karlos Keyruş qovuldu

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, Keyruşun futbolçuları anti-dopinq testindən keçirən heyəti təhqir etməsi onun vəzifəsini tərk etməsinə səbəb olub.

Federasiyanın prezidentini Cilberto Madeil bununla əlaqədar artıq Keyruşu məlumatlandırdıqlarını deyib: “Son hadisələrdən sonra hamılıqla Karlos Keyruşu yığmadan uzaqlaşdırmaq qərarına gəldik. Onun müqavilə müddəti hələ başa çatmamışdı. Amma bu, qaçılmaz idi”.

Qeyd edək ki, Karlos Keyruşun rəhbərliyi altında Portuqaliya yığması son vaxtlar çox zəif çıxış edirdi. Komanda “Avro 2012”-nin seçmə mərhələsində öz meydanında Kipri məğlub edə bilməmiş (4:4), Norveçə isə səfərdə məğlub olmuşdu (0:1).
# 698

Oxşar yazılar