US Open: Qadınlarda hamısı, kişilərdə yarısı
09 sentyabr 2010 15:03 (UTC +04:00)

US Open: Qadınlarda hamısı, kişilərdə yarısı

Lent.az-ın məlumatına görə, avqustun 8-də keçirilən ¼ final mərhələsinin daha iki qarşılaşmasından sonra Karolin Vojnyaçki (Danimarka) ilə Vera Zvonaryova (Rusiya) növbəti mərhələyə yüksəlib.

Vojnyaçki Dominika Sibulkovanı (Slovakiya) 6:2, 7:5, Zvonaryova Kaya Kanepini (Estoniya) 6:3, 7:5 hesabı ilə üstələyib. Qalib tennisçilər yarımfinalda bir-biri ilə görüşəcək. ½ final mərhələsinin digər oyununda Venus Uilyamsla (ABŞ) Kim Kleysters (Belçika) üz-üzə gələcək.


Kişilərin fərdi mübarizəsində isə ilk yarımfinalçılar məlum olub. ¼ finalda Novak Cokoviç (Serbiya) Qael Monfilsə (Fransa) 7:6 (7:2), 6:1, 6:2, Roje Federer (İsveçrə) Robin Söderlinqə (İsveç) 6:4, 6:4, 7:5 hesabı ilə qalib gəlib. ½ finalda Cokoviçlə Federer görüşəcək. Digər yarımfinalda isə Rafael Nadal (İspaniya) – Fernando Verdasko (İspaniya) və Stanislav Vavrinka (İsveçrə) – Mixail Yujnı (Rusiya) matçlarının qalibləri qarşılaşacaqlar.
# 728

Oxşar yazılar