Dünya çempionatı: Türkiyə millisi tarixində ilk dəfə yarımfinalda
09 sentyabr 2010 12:37 (UTC +04:00)

Dünya çempionatı: Türkiyə millisi tarixində ilk dəfə yarımfinalda

Lent.az-ın məlumatına görə, təşkilatçı ölkə millisi ¼ finalda Sloveniyanı 95:68 hesabı ilə yenərək, tarixində ilk dəfə planetin 4 ən güclüsü sırasına çıxıb. “12 dev adam” adını finala yazdırmaq üçün sentyabrın 11-də Serbiyanı məğlub etməlidir. Serbiya millisi ¼ finalda 2006-cı ilin dünya çempionu İspaniyanı üstələyib – 92:89.


Daha iki yarımfinalçının adlarına sentyabrın 9-da keçiriləcək ABŞ – Rusiya və Litva – Argentina matçlarından sonra aydınlıq gələcək.


Qeyd edək ki, Türkiyə millisi dünya çempionatında indiyədək keçirdiyi 7 qarşılaşmanın hamısından qalib ayrılıb.
# 596

Oxşar yazılar