Cüdoçumuz dünya çempionatında bürünc medal qazana bilər
09 sentyabr 2010 11:56 (UTC +04:00)

Cüdoçumuz dünya çempionatında bürünc medal qazana bilər

Lent.az-ın məlumatına görə, 101 ölkədən 848 idmançının mübarizə apardığı yarışda Azərbaycanı 6 kişi, 2 qadın idmançı təmsil edir.


Çempionatın ilk günündə cüdoçularımızdan yalnız Elmar Qasımov tatami üzərinə çıxıb. 100 kq çəki dərəcəsində çıxış edən Qasımov ardıcıl olaraq, Dino Pfayffer (Almaniya), Hassan Azzun (Əlcəzair) və Hi-Tae Hvanqı (Cənubi Koreya) üstələyərək, ¼ finala yüksəlib. Lakin gənclər arasında Avropa çempionumuz növbəti görüşündə Oreydi Despayna (Kuba) yenilərək, qızıl medal şanslarını itirib. Bununla belə, Qasımov bürünc medal uğrunda təsəlliverici görüşlərdə çıxış etmək imkanı qazanıb. O, mükafatçılar sırasına düşmək üçün əvvəlcə Tyerri Fabrı (Fransa), sonra isə yarımfinalda uduzan cüdoçulardan birini məğlub etməlidir.


Qeyd edək ki, sentyabrın 13-dək davam edəcək dünya çempionatında qalan cüdoçularımızdan Tərlan Kərimov (66 kq), Renat Mirzəliyev (73 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Usubova (63 kq) da mübarizə aparacaq.
# 626

Oxşar yazılar