Cahangir Əsgərov olimpiya çempionumuza 25 min manat verdi
08 sentyabr 2010 18:20 (UTC +04:00)

Cahangir Əsgərov olimpiya çempionumuza 25 min manat verdi

Bu haqda Lent.az-a yeniyetmələrdən ibarət milli komandamızın baş məşqçisi Nizami Paşayev məlumat verib.

Paşayevin sözlərinə görə, mükafatlandırma mərasimi sentyabrın 8-də AZAL idman klubunda baş tutub. Cahangir Əsgərov tədbirə qatıla bilməsə də, öncədən Nicat Rəhimov, onun atası və şəxsi məşqçisi Əli Rəhimov, eləcə də baş məşqçini təbrik edib. Mərasimdə isə AAAF-ın I vitse-prezidenti, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, federasiyanın digər rəsmiləri iştirak ediblər. İsmayılov Nicat Rəhimovdan əlavə, Əli Rəhimov və Nizami Paşayevin hərəsinə 12 min 500 manat pul mükafatı təqdim edib. O, həmçinin 17 – 26 sentyabrda Türkiyənin Antalya şəhərində böyüklər arasında dünya çempionatında çıxış edəcək ağırlıqqaldıranlarımıza uğurlar arzulayıb.

Qeyd edək ki, Nicat Rəhimov Sinqapur olimpiadasında 69 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Elşən Məmmədov
# 1434

Oxşar yazılar