Milli komandanın baş məşqçisi istefa verdi
08 sentyabr 2010 17:45 (UTC +04:00)

Milli komandanın baş məşqçisi istefa verdi

Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Stoylov 2012-ci il Avropa çempionatının seçmə qrup matçında Çernoqoriyaya 0:1 hesabı ilə uduzduqdan sonra postunu tərk edib.


Bu, Bolqarıstan millisinin cari seçmə tsikldə ardıcıl ikinci məğlubiyyəti olub. Bolqarıstan Futbol İttifaqının prezidenti Borislav Mixaylov 43 yaşlı mütəxəssisin istefasını qəbul edib. O, yeni baş məşqçi təyinatını oktyabrın 8-də Uelslə keçirəcəkləri növbəti matçadək reallaşdıracaqlarını bildirib. Lakin Mixaylov hələlik namizədin olmadığını vurğulayıb.


Qeyd edək ki, Stanimir Stoylov Bolqarıstan millisinə 2009-cu ilin əvvəlində baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında yığma komanda 2010-cu il dünya çempionatına vəsiqə qazana bilməyib. 2012-ci il Avropa çempionatında keçirdiyi ilk seçmə qrup matçında isə Bolqarıstan İngiltərəyə 0:4 hesabı ilə yenilib.
# 546

Oxşar yazılar