US Open: Venus Uilyams yarımfinalda
08 sentyabr 2010 15:43 (UTC +04:00)

US Open: Venus Uilyams yarımfinalda

Lent.az-ın məlumatına görə, ¼ finalda Venus Uilyams (ABŞ) Françeska Skyavoneni (İtaliya) 7:6 (7:5), 6:4, Kim Kleysters (Belçika) isə Samanta Stosuru (Avstraliya) 6:4, 5:7, 6:3 hesabı ilə yenib.

Növbəti mərhələdə Uilyamsla Kleysters üz-üzə gələcək. Daha iki yarımfinalçının adına Karolin Vojnyaçki (Danimarka) – Dominika Sibulkova (Slovakiya) və Kaya Kanepi (Estoniya) – Vera Zvonaryova (Rusiya) qarşılaşmalarından sonra aydınlıq gələcək.

Kişilərin fərdi mübarizəsində isə bütün ¼ finalçılar məlum olub. Rafael Nadal (İspaniya) 1/8 finalda həmyerlisi Felisiano Lopesi sıradan çıxarıb – 6:3, 6:4, 6:4. Lakin Nadal növbəti mərhələdə də ispaniyalı ilə qarşılaşacaq. Onun rəqibi isə öz həmyerlisi David Ferreri 5:7, 6:7 (8:10), 6:3, 6:3, 7:6 (7:4) hesabı ilə yenən Fernando Verdasko olacaq.

Digər ¼ final matçında Stanislav Vavrinka (İsveçrə) Mixail Yujnını (Rusiya) sınağa çəkəcək. 1/8 finalda Vavrinka Sem Kerriyə (ABŞ) 7:6 (11:9), 6:7 (5:7), 7:5, 4:6, 6:4, Yujnı isə Tommi Robredoya (İspaniya) 7:5, 6:2, 4:6, 6:4 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, daha öncə digər iki ¼ finalçı müəyyənləşib. Qael Monfils (Fransa) Novak Cokoviçlə (Serbiya), Robin Söderlinq (İsveç) isə Roje Federerlə (İsveçrə) üz-üzə gələcək.
# 740

Oxşar yazılar