Öz evində qonaq
07 sentyabr 2010 19:16 (UTC +04:00)

Öz evində qonaq

Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşıdakı turun 6 matçından 5-i Bakıda təşkil olunacaq.

Əslində əyalətlərdə 2 qarşılaşma keçirilməli idi. Lakin “Xəzər Lənkəran” komandası Lənkəran şəhər mərkəzi stadionunun ot örtüyünün qış mövsümünə hazırlanması ilə əlaqədar MOİK-i məhz paytaxtda qəbul edəcək. Həm də oyun “hərbçilər”in öz meydançası kimi yararlandıqları Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutacaq. Beləliklə, MOİK “öz evində qonaq” qismində meydançaya çıxacaq.

Bakıdakı qalan 4 oyunun yarısı Tofiq Bəhramov adına Respublika stadionunda, yarısı isə “Şəfa” stadionunda təşkil ediləcək. Əyalətdə keçiriləcək yeganə oyunda “Turan” Tovuz şəhər stadionunda “Qəbələ”ni sınağa çəkəcək.

11 sentyabr (şənbə)

17:30. “Turan” (Tovuz) – “Qəbələ”
Tovuz şəhər stadionu.

19:00. “İnter” (Bakı) – “Qarabağ” (Ağdam)
”Şəfa” stadionu.

20:00. “Neftçi” (Bakı) – “Muğan” (Salyan)
Tofiq Bəhramov adına Respublika stadionu.

12 sentyabr (bazar)

17:30. “Xəzər Lənkəran” – MOİK (Bakı)
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.

18:30. AZAL (Bakı) – “Simurq” (Zaqatala)
”Şəfa” stadionu.

20:00. “Bakı” – “Gəncə”
Tofiq Bəhramov adına Respublika stadionu.
# 636

Oxşar yazılar