Jerar Ulye yenidən İngiltərə klubunda
07 sentyabr 2010 19:00 (UTC +04:00)

Jerar Ulye yenidən İngiltərə klubunda

Lent.az-ın “The Daily Mail”ə istinadən verdiyi məlumata görə, 63 yaşlı mütəxəssis rəsmən sentyabrın 9-da ictimaiyyətə təqdim olunacaq.

Ulye transfer siyasəti ilə əlaqədar rəhbərliklə fikir ayrılığı üzündən avqustun 9-da istefa verən Martin O Nili əvəzləyib. Fransa yığmasının texniki direktoru vəzifəsində çalışan təcrübəli mütəxəssis bu postu tərk edərək, Birmingem komandasına getməmişdən öncə Fransa Futbol Federasiyası rəhbərliyi ilə söhbətləşmək fikrindədir. Hələlik onun “Aston Villa”da köməkçisi müəyyənləşməyib.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının ilk 3 turunda “Aston Villa” 2 qələbə qazanıb və 1 məğlubiyyətlə üzləşib. Birmingemlilər “Vest Hem”ə 3:0, “Everton”a 1:0 hesabı ilə qalib gəlsə də, “Nyukasl”a yenilib – 0:6.
# 627

Oxşar yazılar