“Neftçi”nin futbolçusu Almaniyada qalacaq
07 sentyabr 2010 17:56 (UTC +04:00)

“Neftçi”nin futbolçusu Almaniyada qalacaq

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, gənc müdafiəçinin zədəsini müalicə etdirmək üçün daha bir həftə Almaniyada qalacağı gözlənilir.

Bununla əlaqədar AFFA və "Neftçi" rəhbərliyi tərəfindən bütün lazımi şərait yaradılacaq.

Qeyd edək ki, yığmamız 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 7-də Almaniyanın qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
# 805

Oxşar yazılar