US Open: Rusiyalı qadınlar sıradan çıxır
07 sentyabr 2010 13:53 (UTC +04:00)

US Open: Rusiyalı qadınlar sıradan çıxır

Lent.az-ın məlumatına görə, rusiyalı Mariya Şarapova 1/8 finalda Karolin Vojnyaçkiyə (Danimarka) 3:6, 4:6 hesabı ilə uduzaraq, çıxışını başa vurub.

Vojnyaçkinin növbəti rəqibi Dominika Sibulkova (Slovakiya) olacaq. Sibulkova 1/8 finalda daha bir rusiyalı Svetlana Kuznetsovanı üstələyib – 7:5, 7:6 (7:4).

İtaliyalı Françesko Skyavone və avstraliyalı Samanta Stosur da şimal qonşularımızı məğlub edib. Anastasiya Pavlyuçenkovaya 6:3, 6:0 hesabı ilə qalib gələn Skyavone ¼ finalda Venus Uilyamsla (ABŞ) üz-üzə gələcək. Uilyams 1/8 finalda Şahar Peerdən (İsrail) üstün olub – 7:6 (7:3), 6:3.

Stosur isə Yelena Dementyevaya qalib gəlib – 6:3, 2:6, 7:6 (7:2). Ona ¼ finalda Kim Kleysters (Belçika) rəqib olub. Kleysters 1/8 finalda Ana İvanoviçi (Serbiya) məyus edib – 6:2, 6:1.

Rusiya tennisçilərindən yalnız Vera Zvonaryova mübarizəni davam etdirə biləcək. Andrea Petkoviçi (Almaniya) 6:1, 6:2 hesabı ilə yenən Zvonaryova ¼ finalda Kaya Kanepi (Estoniya) ilə üz-üzə gələcək. Kanepi gözlənilmədən özündən reytinqcə üstün Yanina Vikmayeri (Belçika) məğlub edib – 0:6, 7:6 (7:2), 6:1.

Kişilərin yarışında 1/8 final mərhələsinin hələlik 4 görüşü arxada qalıb. Qael Monfil (Fransa) həmyerlisi Rişar Qaskeyə 6:4, 7:5, 7:5, Novak Cokoviç (Serbiya) isə Merdi Fişə (ABŞ) 6:3, 6:4, 6:1 hesabı ilə qalib gələrək, növbəti mərhələdə bir-birilərinə rəqib olublar. Digər ¼ final qarşılaşmasında Robin Söderlinqlə (İsveç) Roje Federer (İsveçrə) üz-üzə gələcək. 1/8 finalda Söderlinq Albert Montanesi (İspaniya) 4:6, 6:3, 6:2, 6:3, Federer isə Yurgen Meltseri (Avstriya) 6:3, 7:6 (7:4), 6:3 hesabı ilə yenib.
# 741

Oxşar yazılar