Maradona 50 yaşında “Napoli” forması geyinəcək
07 sentyabr 2010 11:53 (UTC +04:00)

Maradona 50 yaşında “Napoli” forması geyinəcək

O bildirib ki, yubileyi münasibətilə bir vaxtlar çıxış etdiyi “Napoli” klubunun 1987 və 1990-cı illərdəki futbolçuları arasında xeyriyyə matçı təşkil etmək niyyətindədir. “Mən yenidən həmin uşaqları yığmaq istərdim. Həmin dövr həyatımda ən yaxşı vaxtlar idi” - deyə, Maradona bildirib.

Qeyd edək ki, Dieqo Maradonanın 50 yaşı oktyabrın 30-da tamamlanacaq. O, “Napoli” komandasında 1984 – 1991-ci illərdə çıxış edib. Bu müddətdə Maradona 1987 və 1990-cı illərdə İtaliya çempionluğunu, 1987-ci ildə İtaliya Kubokunu, 1989-cu ildə UEFA Kubokunu, 1990-cı ildə isə İtaliya Superkubokunu qazanıb.
# 726

Oxşar yazılar