Miroslav Kloze millimizdən çəkinir
06 sentyabr 2010 19:08 (UTC +04:00)

Miroslav Kloze millimizdən çəkinir

Lent.az-ın məlumatına görə, “Bavariya”nın hücumçusu Azərbaycanla oyunun dünya çempionatındakı Argentina və İngiltərə ilə qarşılaşmalardan daha çətin olduğunu açıqlayıb.


32 yaşlı forvard deyib: “Belə görüşlərdə rəqibin futbolçuları özlərini göstərmək üçün əllərindən gələni edirlər. Bizim üçün bu tip komandalara qarşı oynamaq həmişə çətin olub. Belə ölkələr üçün bizim kimi rəqiblərlə oynamaq çox önəmlidir. Biz onlarla keçən mərhələdə də qarşılaşmışıq və asan qələbə qazandığımızı söyləyə bilmərəm. Onlarla oyuna mütləq yaxşı adaptasiya olmalıyıq”.


Qeyd edək ki, Köln şəhərində təşkil olunacaq Almaniya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Millimiz bundan əvvəl Almaniya yığması ilə keçirdiyi görüşlərdə 0:2 və 0:4 heasbı ilə uduzub.
# 617

Oxşar yazılar