Azad Rəhimov: “Vüqar Həşimovdan izahat gözləyirik”
06 sentyabr 2010 17:39 (UTC +04:00)

Azad Rəhimov: “Vüqar Həşimovdan izahat gözləyirik”

Lent.az-ın məlumatına görə, bu fikirləri gənclər və idman naziri Azad Rəhimov sentyabrın 6-da keçirdiyi mətbuat konfransında deyib.

Rəhimov son bir il ərzində Vüqar Həşimov tərəfindən atılan addımlardan narahat olduqlarını bildirib. Onun fikrincə, Azərbaycan vətəndaşı adını daşıyan, şahmat kimi növdə ölkəmizin tanınmış idmançısının hərəkətləri qaneedici deyil: “Son şahmat olimpiadasında Vüqarın hərəkətləri və qruplaşmaya çağırışları, onun yığmamızın kapitanı Zurab Azmayparaşvili ilə mübahisəsi, davaları normal idmançının, dünya şahmat reytinqində 26-cı pillədə duran qrossmeysterin belə hərəkətləri bizi heç cür qane edə bilməz. Kasparovun klubunda Həşimovun oynaması əsla düzgün deyil”.

Nazirin sözlərinə görə, Vüqar Həşimov dəfələrlə Azərbaycan Şahmat Federasiyasına (AŞF) dəvət olunub. Eyni zamanda bu məsələni Azad Rəhimovla AŞF prezidenti Elman Rüstəmov müzakirə edib: “Lakin bu insan federasiyaya gəlib, izahat vermək istəmir. İlk növbədə, onun mövqeyi bilinməlidir. Hərəkətlərinin nə ilə bağlı olduğuna izahat verməlidir. Ulu öndər Heydər Əliyev həmin şahmatçılar hələ balaca olarkən onları qəbul edib, dəstək vermişdi. Sənə dəstək olan ölkədə belə hərəkətlər düzgün deyil. Biz ondan izahat gözləyirik. İzahatdan sonra hər şey məlum olacaq”.

Elşən
# 629

Oxşar yazılar